Gəncədə bacısını öldürməkdə təqsirləndirilən Hüseyn Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 28-nə təyin olunub.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Hüseyn Abbasov Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində bacısı, 1989-cu il təvəllüdlü Səbinə Abbasovanı öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
