Salyanda evdən oğurluq etməkdə təqsirləndirilən Hacıağa Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib.
Hakim Adil Vəliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, H.Quliyev rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən dəyəri 5000 manatdan artıq olan məişət əşyaları və avadanlıqları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
