Məzmuna keç

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Rüfət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Rüfət Məmmədov paytaxtın Yasamal rayonu, Ə.Əkbərov küçəsi ilə M.Müşfiq küçəsinin kəsişməsində Kənan Qurbanzadəni bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə