"Unibank Kommersiya Bankı" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, bank barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon məhkəməsinə göndərilib.
İşə hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa "Unibank" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
