Məzmuna keç

Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən Böyükağa Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanmış materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş B.Abdullayev rayon ərazisindəki mənzillərin birindən 2000 manat pul oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə