Məzmuna keç

Astarada tibb bacısının qətlində ittiham olunan şəxslər hakim qarşısına çıxarılır

Astarada tibb bacısını öldürməkdə təqsirləndirilən Elmir Məmmədov, Vüsal Əkbərov və Bəhruz Süleymanavun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 1-nə təyin olunub.

Qeyd edək ki, Astara rayonu Kakalos kənd sakinləri 1986-cı il təvəllüdlü Vüsal Əskərov, 1983-cü il təvəllüdlü Elmir Məmmədov və 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Bəhruz Süleymanov qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zəynəb Məmmədovanın yaşadığı evinə daxil olaraq onu qəsdən öldürməkdə təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, qətlə yetirilən Z.Məmmədova təqaüddə olan tibb bacısıdır.

Şəbnəm Mehdizadə