Beyləqanda ağır yol qəzası törətməkdə təqsirləndirilən Elçin Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilib.
Hakim Ramiz Nurullayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclaısnın vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Aran Qəsəbəsi – Bəhrəmtəpə magistral yolunun Beyləqan rayon Türklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. İki yük maşının toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Qasımov Elçin Yaqut oğlu və 1982-ci il təvəllüdlü Qaraşov Vüsal Dilən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Elçin Qasımova qarşı Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
