"Panda School" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Panda School" iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
