İraqda məhkəmə terrorçu İŞİD qruplaşmasına üzvlükdə ittiham olunan Fransanın daha iki vətəndaşı barəsində edam hökmü çıxarıb.
E-huquq.az "Report"a istinadən xəbər verir ki, bunlar 33 yaşlı Brahim Nejara və 32 yaşlı Mərakeş əsilli Karam El Harçaouidir. Hər ikisi Suriyada saxlanlıb.
Daha 6 fransalının isə mühakimə olunmaq üçün yaxın günlərdə Suriyadan İraqa göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, İraq məhkəməsi bundan əvvəl 4 Fransa vətəndaşı – Kevin Gonot, Leonard Lopez, Salim Machou və Mustafa Merzoughi barəsində qərar çıxarıb. Onlar bir ay ərzində qərardan şikayət edə bilərlər.
Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Fransa vətəndaşları barəsində ölüm hökmünün ləğvi üçün əlindən gələni edəcəyini bildirib.
