Ağsuda bank kartından oğurluq etməkdə təqsirləndirilən Tağı Seyidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar Əsgərovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ağsu rayon sakini ona məxsus bank kartından naməlum şəxs tərəfindən pul oğurlanması barədə polisə müraciət edib. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər də soyğunçuluq və narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Tağı Seyidov saxlanılıb. O, ifadəsinə törətdiyi cinayəti etiraf edib və təqsirləndirilən şəxs qisminə istintaqa cəlb olunub. Ona qatrşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
