Məzmuna keç

Aqrar Kredit və İnkişaf Agentliyi məhkəməyə müraciət etdi

"Real Aqroresurs Kredit İttifaqı" MMC məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi MMC-yə qarşı kredit müqaviləsi ilə bağlı iddia qaldırıb.

İddia Şirvan Kommersiya Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 2-nə təyin olunub.

Şəbnəm Mehdizadə