Məzmuna keç

“Türk American Medical Center” barəsində inzibati protokol tərtib olundu

"Türk American Medical Center" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, klinika barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Protokola hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə