Məzmuna keç

“Hakimlər İttifaqı aktual mövzulara həsr olunmuş müzakirələrin təşkili istiqamətində geniş fəaliyyət göstərir” –

"Azərbaycan Hakimlər İttifaqı ötən ilin oktyabr ayında təsis olunmaqla, ölkəmizdə fəaliyyət göstərən, habelə təqaüdə çıxmış hakimlərin vahid ictimai birliyidir. Təşkilatımız Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarına və qanunvericiliyin təkmilləşdirilməsinə dəstək göstərməklə yanaşı, hüququn müxtəlif sahələri üzrə ictimaiyyətin maarifləndirilməsi, habelə aktual mövzulara həsr olunmuş müzakirələrin təşkili istiqamətində geniş fəaliyyət göstərir".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqı İctimai Birliyinin sədri Ramiz Rzayev "Vərəsəlik hüququ: Müasir Çağırışlar" adlı elmi-praktik konfransda çıxışında deyib.

"Ümid edirəm ki, hakim korpusunu, notariusları, vəkilləri, mülki hüquq sahəsində fəaliyyət göstərən alimləri və digər dəyərli hüquqşünaslarımızı bir araya gətirən konfransımız vərəsəlik hüququnun həyata keçirilməsi üzrə ölkəmizin yeni dövrə keçidi ilə bağlı ortaya çıxan nəzəri və praktik problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək", – deyə o bildirib.

Şəbnəm Mehdizadə