Məzmuna keç

Abşeronda narkotiklə tutulan şəxs hakim qarşısına çıxarılır

Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Tərlan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Məmmədov Tərlan Bahadır oğlunun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə