Məzmuna keç

“Bakı Metropoliteni” barəsində inzibati protokol tərtib olundu

"Bakı Metropoliteni" QSC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci (Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək kİ, İXM-nin bu maddəsinə əsasən vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə