Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Kənan Əzizlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Vüsal Qurbanovun sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə hadisə Nərimanov rayonu, Z.Bünyadov prospektində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Əzizli Kənan Nəriman oğlu idarə etdiyi "Hyundai" markalı avtomobil ilə eyni istiqamətdə hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Ağayev Məmməd Qurban oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobilə çırpılıb. Nəticədə "Toyota Prius" markalı avtomobildə olan sərnişin 1962-ci il təvəllüdlü Abdullayeva Muxlisə Əhməd qızı aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb. Kənan Əzizliyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
