Məzmuna keç

Həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Masallıda adam bıçaqlamaqda təqsirləndirilən Rabil Nurullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 45 yaşlı Nurullayev Rabil Adil oğlu Masallının Qəriblər kəndində yerləşən "Turist" istirahət mərkəzinin həyətində şəxsi münasibətlər zəminində 44 yaşlı həmkəndlisi Ağayev Asiman Arzuman oğlunu bıçaqlamaqda təqsirləndirili. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə