Məzmuna keç

“Dünya Göz Azərbaycan” statistik məlumatların verilməsi qaydalarını pozmaqda günahlandırılır

"Dünya Göz Azərbaycan" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Azər Tağıyevin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Dünya Göz Azərbaycan" beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin baxış iclası aprelin 15-də keçiriləcək.

Şəbnəm Mehdizadə