Məzmuna keç

Sabirabadda vəzifəli şəxsdən 30 min manat tələb edən şəxslərin istintaqı yekunlaşıb

Sabirabadda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Azər Həsənov və Zamin Əmirovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış mateiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, rayon sakinləri Azər Həsənov və Zamin Əmirov Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Bayram Mikayılovu barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30 000 manat pul tələb ediblər. Daha sonra 15 000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6 100 manat pul alıblar. Hər iki şəxs B.Mikayılovdan 2600 manat pul alarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə