Məzmuna keç

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yaydı –

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə e-huquq.az-a TƏBİB-dən məlumat verilib.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, – məlumatda deyilir.

***

13.07

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

E-huquq.az xəbər verir ki, sənət adamları bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.

C. Məmmədovun ölüm səbəbi açıqlanmayıb.