Məzmuna keç

Umayra Tağıyeva: “Bakıda yerdə qar örtüyü olmayacaq”

Umayra Tağıyeva: "Bakıda yerdə qar örtüyü olmayacaq"

"Bakıda bu gün sulu qar yağsa da, yerdə qar örtüyü olmayacaq".

E-huquq.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvarın 24-dən 25-ə keçən gecə Bakıda və Abşeron yarımadasında sulu qarın yağması prosesi qısamüddətli olduğuna görə qar örtüyünün əmələ gəlməsi ehtimalı azdır.

U.Tağıyeva qeyd edib ki, respublikanın şimal və cənub, şimal-qərb bölgələrində, dağlıq və dağətəyi yerlərdə, Naxçıvan Muxtar Respublikasında artıq qar örtüyü əmələ gəlib və gün ərzində prosesin davam etməsi nəticəsində axşama qədər qar örtüyünün hümdürlüyü artacaq: "Lakin yanvarın 25-dən sonra havanın temperaturu artacaq və qar örtüyü davamlı olmayacaq".