Məzmuna keç

İstanbulda İŞİD-ə qarşı əməliyyat:

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 8 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İŞİD daxilində fəaliyyət göstərdiyi müəyyən edilən 15 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Polisin keçirdiyi əməliyyat zamanı 8 şnəfər yaxalanıb.

Digər 7 şübhəlinin tutulması istiqamətində tədbirlər davam edir.

Şəbnəm Mehdizadə