Məzmuna keç

Türkiyədə avtobus dərəyə aşdı:

Türkiyədə şagirdlərin olduğu avtobus dərəyə aşıb.

E-huquq.az xəbər verir ki, hadisə Antalya şəhərində qeydə alınıb.

Məlumata görə, içərisində 22 şagird və 2 müəllimin olduğu mikroavtobus yağış səbəbindən idarəetməni itirib.

Qəza nəticəsində 25 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis cəlb edilib. Xəstəxanaya aparılan yaralıların həyati təhlükəsi yoxdur.