Məzmuna keç

Cənubi Afrikada binanın çökməsi nəticəsində 19 nəfər ölüb

Cənubi Afrika Respublikasının George şəhərində çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 19-a yüksəlib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə George Bələdiyyəsi məlumat yayıb.

Bildirilib ki, 81 fəhlə dağıntılar altında qalıb.

İndiyədək 48 nəfər xilas edilib.

Açıqlamada hadisədə həyatını itirənlərin sayının 19-a yüksəldiyi bildirilib.

Qeyd edək ki, sözügedən bina mayın 6-da çöküb.

Şəbnəm Mehdizadə