Braziliyada daşqınlar nəticəsində həyatını itirənlərin sayı 144-ə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində ötən həftədən bəri davam edən yağışlar daşqınlara səbəb olub.
Təbii fəlakət zamanı 125 nəfər itkin düşüb, 800-dək insan yaralanıb.
Seldən zərər çəkənlərin sayının 2 milyon 100 mini, köçkünlərin sayının isə 620 mini keçdiyi bildirilib.
81 minə yaxın insan kilsə, məktəblər və idman salonlarında məskunlaşıb.
Axtarış-xilasetmə işləri davam edir.
Şəbnəm Mehdizadə
