Məzmuna keç

İndoneziyada İbu vulkanı püskürüb

İndoneziyada İbu vulkanının püskürməsi nəticəsində ətraf ərazilərdə kül buludları əmələ gəlib.

E-huquq.az “Antara News”a istinadən xəbər verir ki, Şimali Maluku əyalətində yerləşən Halmahera adasındakı İbu vulkanı yerli vaxtla saat 09.12-də püskürüb.

Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) partlayışın 5 dəqiqə 6 saniyə davam etdiyini qeyd edib.

Qurum açıq havada insanlara maska və eynək taxmağı tövsiyə edib.

PVMBG vulkanın ətrafında yaşayanlara dağa 3 kilometrdən çox yaxınlaşmamaları barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İbu vulkanının aktivlik səviyyəsi mayın 8-dən etibarən 3-cü dərəcəli xəbərdarlıq səviyyəsindədir.

Şəbnəm Mehdizadə