Türkiyə Ali Məhkəməsinə yeni sədr seçilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ömer Kerkez 193 səslə Ali Məhkəmənin sədri seçilib.
Ömer Kerkez 1966-cı ildə Antakyada anadan olub. O, 1988-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib. Elbistan, Kozluk və Ərzin prokuroru vəzifələrində çalışıb.
O, 2017-ci ildə Türkiyə Ali Məhkəməsinin üzvü seçilib.
Qeyd edək ki, Ali Məhkəmənin sədri Mehmet Akarcanın 4 illik səlahiyyət müddəti başa çatıb. O, 2020-ci ilin mart ayında bu vəzifəyə seçilmişdi.
Şəbnəm Mehdizadə
