Məzmuna keç

İzmirdə 9 PKK üzvü saxlanılıb

Türrkiyənin İzmir şəhərində PKK/KCK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 9 şübhəli saxlanılıb.

E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Şəhər Baş Prokurorluğu tərəfindən PKK/KCK-ya qarşı aparılan araşdırmalar çərçivəsində 9 şübhəli haqqında terror təşkilatı təbliğatı apardıqları səbəbilə həbs qətimkan tədbiri seçilib.

Keçirilən əməliyyat zamanı 9 şübhəli yaxalanıb.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı təşkilat bayraqları, qadağan olunmuş kitablar və rəqəmsal materiallar ələ keçirilib.

Şəbnəm Mehdizadə