Məzmuna keç

Pakistanda qızlar məktəbinə bombalı hücum olub

Pakistanda qızlar məktəbinə bombalı hücum olub.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Polis məmuru Səfdər Xan açıqlama verib.

O, Pakistanın Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində yerləşən qızlar məktəbində gecə yarısı naməlum şəxslər tərəfindən bombalı hücum həyata keçirildiyini söyləyib.

O, hücum zamanı xəsarət alan olmadığını bildirib.

Xan son hücumun məsuliyyətini heç kimin üzərinə götürmədiyini qeyd edib.

Hücumu qadınların təhsil almasına qarşı çıxan və daha əvvəl də bölgədəki qız məktəblərinə hücum edən Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirildiyi iddia edilir.

Şəbnəm Mehdizadə