Məzmuna keç

Ədirnədə 19 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Ədirnə şəhərində qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə yoxlama aparılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı tərəfindən şəhərin Kemalköy və Lələpaşa rayonlarında keçirilən əməliyyat zamanı ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 19 nəfər saxlanlıb.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə