Türkiyənin Batman şəhərində bələdiyyə işçiləri yaşayış evindən təxminən 20 ton zibil çıxarıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, sakinlər Batmanın Raman rayonunda yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən gələn pis qoxulardan şikayətləniblər.
Ünvana bələdiyyə əməkdaşları və polis göndərilib.
Bələdiyyə əməkdaşları tərəfindən evdən xeyli miqdarda tullantı çıxarılıb.
Mənzildə təmizlik və dezinfeksiya işləri aparılıb.
Şəbnəm Mehdizadə
