Məzmuna keç

Türkiyədə sərnişin mikroavtobusu aşıb, yaralılar var

Türkiyənin Siirt şəhərində ağır yol qəzasında 3 nəfər xəsarət alıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Siirtin Şirvan rayonunda sərnişin mikroavtobusu aşdıqdan sonra dərəyə yuvarlanıb.

Hadisə yerinə təcili yardım və jandarma qrupları göndərilib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Siirt Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Onlardan birinin vəziyyəti ağırdır.

Şəbnəm Mehdizadə