Məzmuna keç

Meksikada üzərində güllə yarası olan 10 cəsəd tapılıb

Meksikanın Gerrero əyalətində 10 nəfərin cəsədi tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Meksikanın Gerrero əyalətinin İctimai Təhlükəsizlik Katibliyi məlumat yayıb.

Məlumata görə, əyalətin Akapulko şəhərində çoxlu cəsədin tapıldığı bildirilib.

Cinayətlərin mütəşəkkil cinayətkar qrupların tərəfindən törədildiyi bildirilib.

Həmin şəxslərin silahla öldürüldükdən sonra küçə kənarına atıldığı ehtimal edilir.

Təhlükəsizlik qüvvələri şübhəlilərin tapılması üçün araşdırmalara başlayıb.

Qeyd edək ki, Sakit okean sahilində yerləşən Akapulko şəhəri narkotik ticarəti üçün tranzit məntəqə sayılır. Təhlükəsizlik məlumatlarına görə, 2023-cü ildə Gerreroda zorakılıqlar nəticəsində 1890 nəfər ölüb.

Şəbnəm Mehdizadə