"Arkoz İnşaat Şirkəti" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şirkət beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
