Məzmuna keç

Sərnişin avtobusu qəzaya uğrayıb, 11 nəfər yaralanıb

Türkiyənin İsparta şəhərində sərnişin avtobusunun baryerlərə çırpılaraq aşması nəticəsində 11 nəfər xəsarət alıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Afyonkarahisar yolunda qeydə alınıb.

Belə ki, avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı baryerlərə və ağaclara çırpılıb.

Əraziyə təcili yardım qrupları göndərilib.

Yaralıların səhhətinin yaxşl olduğu bildirilib.

Şəbnəm Mehdizadə