Gələn il Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin toplantısı keçiriləcək.
E-huquq.az xəbər verir ki, bu barədə qərar Məhkəmə-Hüquq Şuraları sədrlərinin Türkiyənin İstanbul şəhərində keçirilən II Toplantısında qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2024-cü il 22-24 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II Toplantısında iştirak edir.
