Məzmuna keç

Türkiyədə nikah evinin tavanı çöküb: 4 nəfər yaralanıb

Türkiyənin Yalova şəhərində nikah evinin tavanının çökməsi nəticəsində 4 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Yalovanın Raif Dinçkök Mədəniyyət Mərkəzində yerləşən nikah evində qeydə alınıb.

Hadisə nəticəsində 2-si bələdiyyə işçisi olmaqla 4 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, təcili yardım və xilasedicilər göndərilib.

Yaralılar Yalova Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Yalova Bələdiyyə sədri Mehmet Gürel qəza ilə bağlı ətraflı araşdırma aparılacağını bildirib.

Şəbnəm Mehdizadə