Türkiyənin Kahramanmaraş şəhərində boya fabrikində baş verən partlayış zamanı 3 fəhlə yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kahramanmaraşın Karacasu rayonunda yerləşən boya fabrikinin qazanxanasında naməlum səbəbdən partlayış baş verib.
Partlayış nəticəsində fabrikin bəzi hissələri çöküb.
Bölgəyə təcili yardım, xilasetmə, polis və AFAD əməkdaşları cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Çökmənin baş verdiyi hissədə axtarış-xilasetmə əməliyyatı aparılıb.
Dağıntılar altında heç kimin olmadığı müəyyən edilib.
Şəbnəm Mehdizadə
