Məzmuna keç

Papua Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 100-dən çox insan ölüb

Papua Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 100-dən çox insan ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Port Moresbidən 600 kilometr şimal-qərbdə yerləşən Enqa əyalətinin Kaokalam kəndində gecə saatlarında torpaq sürüşməsi baş verib.

Şahidlər 100-dən çox insanın öldüyünü bildirsələr də, itkilərlə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.

Sosial şəbəkələrdə yayılan videolarda dağın zirvəsindən qopan qaya parçasının kənddəki evlərin üzərinə aşdığı məlum olub.

Şəbnəm Mehdizadə