Türkiyənin İstanbul şəhərində yaşayış binasında güclü yanğın olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Kartal adlı ərazisində 6 mərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzildə naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə xilasetmə, təcili yardım, və polis əməkdaşları cəlb edilib.
Bina sakinləri yanğınsöndürənlərin köməkliyi ilə təxliyə edilib.
Binada yaşayan 81 yaşlı kişi hadisə nəticəsində həyatını itirib.
Tüstüdən zərər çəkən 3 nəfər xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
