Türkiyənin İzmir şəhərində 37 qanunsuz miqrant xilas edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Karaburun sahillərində mühərriki xarab olan qayıqda bir qrup şəxsin olduğu müəyyən edilib.
Bölgəyə Sahil Mühafizə Komandanlığının əməkdaşları göndərilib.
Qruplar 18-i uşaq olmaqla 37 qeyri-qanuni miqrantı xilas edərək sahilə çıxarıb.
Dikili sahillərində isə qanunsuz yollarla xaricə getməyə cəhd edən 12 qanunsuz miqrant saxlanılıb.
Qanunsuz miqrantlar Miqrasiya İdarəsinin Repatriasiya Mərkəzinə təhvil verilib.
Şəbnəm Mehdizadə
