Məzmuna keç

Hindistanın paytaxtında rekord isti qeydə alınıb

Hindistanın paytaxtı Yeni Delhidə havanın temperaturu rekord həddə, 49,9 dərəcəyə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hindistan Meteorologiya İdarəsi (IMD) məlumat yayıb.

Məlumata görə, paytaxtın 2 bölgəsində havanın temperaturu 49,9 dərəcə olub.

Bu, şəhərdə indiyə qədər ölçülən "ən yüksək temperatur" olaraq qeydə alınıb.

Məlumatda ölkənin digər şəhərlərində temperaturun 49 dərəcəni keçdiyi, Racastan əyalətinin Çuru bölgəsində isə temperaturun 50,5 dərəcəyə çatdığı bildirilib.

Mayın 30-dan sonra temperaturun tədricən azalacağı gözlənilir.

Şəbnəm Mehdizadə