Nigeriyanın Kaduna əyalətində bazara silahlı hücum nəticəsində 12 nəfər ölüb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, silahlı dəstə üzvləri Maro bazarına hücum edib.
Hücum zamanı 12 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Yaralılar ətrafdakı xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı istintaq başladılıb.
Qeyd edək ki, Nigeriyada son zamanlar İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları hücumlar həyata keçirir.
Yanvar ayından bəri Kaduna əyalətində həyata keçirilən hücumlarda onlarla insan həyatını itirib, 300-dən çox insan qaçırılıb.
Şəbnəm Mehdizadə
