Məzmuna keç

Nigeriyada “Lassa” qızdırmasından ölənlərin sayı 180-ə çatıb

Nigeriyanın 2 əyalətində 14 nəfər “Lassa” qızdırmasına yoluxub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) məlumat yayıb.

Məlumatda son bir həftədə ölkənin Ondo, Edo və Bauçi əyalətlərində 14 nəfərdə “Lassa” yoluxma faktının aşkar edildiyi bildirilib.

Virusa yolxuanlardan 1 nəfər ölüb.

Yanvarın 1-dən indiyə kimi 1015 nəfərdə yoluxma aşkarlanıb, onlardan 180-i həyatını itirib.

Qeyd edək ki, Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində qeydə alınıb.

Şəbnəm Mehdizadə