Türkiyənin İstanbul şəhərində kütləvi zəhərlənmə olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Ümraniye adlı ərazisində inşaat işçilərinin qaldığı konteynerlərdə zərəverici həşəratlarla mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb.
Bu zaman halı pisləşən 28 nəfər ətraf xəstəxanalara aparılıb.
Zəhərlənən şəxslərdən 27-i fəhlə, 1-i isə polis əməkdaşı olub.
Zərərçəkmişlər müalicə olunduqdan sonra xəstəxanadan evə buraxılıblar.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə
