Məzmuna keç

Hindistanda daşqınlar nəticəsində 3 nəfər ölüb

Hindistanın Manipur əyalətində daşqın nəticəsində 3 nəfər həyatını itirib.

E-huquq.az “India Today” saytına istinadən xəbər verir ki, güclü və aramsız yağışlar Manipurda daşqınlara səbəb olub.

Rəsmilər 1 nəfərin su basması, 2 nəfərin isə daşqın nəticəsində baş verən sürüşmə nəticəsində öldüyünü bildirib.

İmfal Vadisində yüzlərlə evi su basıb.

Hazırda bölgədəki insanlar təhlükəsiz yerlərə təxliyyə edilir.

Manipur Baş naziri Nongthombam Biren Sinq bölgəyə səfər edib.

Sinq hər kəsin zərərçəkənlərə kömək etmək üçün səfərbər olduğunu söyləyib.

Şəbnəm Mehdizadə