Məzmuna keç

Türkiyədə ağır yol qəzası: 18 nəfər yaralanıb

Türkiyənin Tekirdağ şəhərində ağır yol qəzasında 18 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Tekirdağın Saray adlı ərazisində baş verib.

Belə ki, əyləci boşalan yük maşını qırmızı işıqda dayanan 2 xidməti mikroavtobusa çırpılıb.

Əraziyə təcili yardım, xilasetmə və polis qrupları cəlb edilib.

Qəza nəticəsində sürücülər və 15 sərnişin yaralanıb.

Yaralılar Saray Dövlət Xəstəxanasına aparılıb.

Bir müddət sonra nəqliyyatın hərəkəti bərpa edilib.

Şəbnəm Mehdizadə