Məzmuna keç

Meksikada bələdiyyə sədrliyinə namizəd öldürülüb

Meksikanın Gerrero ştatında bələdiyyə sədrliyinə namizəd öldürülüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Koyuka de Benites şəhərinin namizədi Xose Alfredo Kabrera Barrientos Kosta Qrande bölgəsində seçicilərlə görüş zamanı silahlı hücuma məruz qalıb.

O, hadisə yerində ölüb.

Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Data Civica qeyri-hökumət təşkilatının məlumatına görə, 2023-cü ilin sentyabrından Meksikada 30 siyasətçi öldürülüb.

Qeyd edək ki, Meksikada seçicilər iyunun 2-də federal və yerli səviyyələrdə, eləcə də prezident seçkilərində səs verəcəklər.

Şəbnəm Mehdizadə