Türkiyənin Çorum şəhərində məktəblilər arasında kimyəvi zəhərlənmə olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çorumun Mecitözü rayonunda qeydə alınıb. Belə ki, məktəbliləri daşıyan avtobusun yanğınsöndürən balonunda nasazlıq yaranıb.
Bu zaman avtobusda olan 9 şagird kimyəvi maddədən zəhərlənib.
Zərərçəkmiş şagirdlər Mecitözü Dövlət Xəstəxanasına aparılıb. Uşaqların səhhətinin yaxşı olduğu bildirilib.
Zərif Sofiyeva
