Türkiyənin Şanlıurfa şəhərində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şanlıurfa Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində Jandarma Komandanlığı və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən 11 ünvanda əməliyyat keçirilib.
Əməliyyat zamanı 11 şübhəli saxlanılıb.
Saxlanılan şəxslərdən 3-ü Suriya vətəndaşıdır.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı rəqəmsal materillar və fotoşəkillər ələ keçirilib.
Şəbnəm Mehdizadə
